Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir H.Bağırov /
Azərbaycanda narkotik maddələrin qaçaqmalçılıq yolu ilə daşınmasında ittiham olunan Özbəkistan və Pakistan vətəndaşlarının məhkəməsi başlayıb.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayyətlərə Dair İşlər üzrə Məhkəmədə Özbəkistan vətəndaşı Kodjayeva Mənsurə Urak qızı və Pakistan vətəndaşları Ax Johar Bəxtiyar oğlu və Ruhim Sayud Gül oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi (234.4.1 və 234.3.2) və qaçaqmalçılıq (206.4) maddələri ilə ittiham olunurlar. Bu ilin mayında təqsirləndirilən şəxslər Bakıda yerləşən "Cənub" otelində tutulublar və onlardan 8 kq heroin aşkarlanaraq götürülüb.
Məhkəmə baxışı sentyabrın 27-nə təyin edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]