Azərbaycan, Bakı,18 sentyabr / Trend , muxbir H.Bağırov /
Azərbaycanın qərbində xüsusi amansızlıqla qətl törədən şəxsə 15 il cəza verilib.
Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Şəmkir rayonunu Tatar kənd sakini, 33 yaşlı Arif Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Tovuz rayonunun Yanıqlı kənd sakini 43 yaşlı Yaşar Cəfərovun meyiti Zəyəm çayının sahilində yandırılmış vəziyyətdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində cinayətin Babayev tərəfindən törədildiyi aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Müəyyən edilib ki, Babayev Cəfərovun boğazını bıçaqla kəsdikdən sonra onun maşınında əyləşən qadını zorlayıb. Qadın cinayətkarın əlindən qaçaraq ondan xilas olub. Babayev bundan qəzəblənib və Cəfərovun meyitini yandırıb.
Babayev Cinayət Məcəlləsininqəsdən adam öldürmə (120.2.2, 120.2.4, 120.2.6, 120.2.9), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134), qanunsuz azadlıqdan məhrum etmə (145), zorlama (149) maddələri ilə təqsirli bilinib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]