Rusiya, Moskva, 24 sentyabr / Trend , müxbir Y.Kriştalev /
Rusiya müsəlmanları ən çətin anlarda hər zaman yanımızda olublar, Rusiya, Qafqaz və MDB müsəlmanları arasında birlik mövcuddur. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə cümə axşamı Moskvada keçirilən "Rusiya və İslam dünyası: stabillik naminə tərəfdaşlıq" konfransında deyib.
Bu gün Moskvada İttifaq Evinin sütunlu zalında Rusiyanın və digər müsəlman ölkələrinin çoxsaylı din xadimlərinin iştirakı ilə "Rusiya və İslam dünyası: stabillik naminə tədəfdaşlıq" konfransı keçirilir.
Şeyxülislam tədbir iştirakçılarına Prezident İlham Əliyevin salamlarını çatdırıb və Rusiya Prezidenti Dmitri Medvedevə konfransın təşkil edilməsinə görə minnətdarlığını bildirib. O bildirib ki, Rusiya Prezidentinin iştirakı olmadan konfrans belə əhəmiyyətli formatda təşkil edilə bilməzdi.
Konfrans iştirakçıları Qafqaz müsəlmanlarının ruhani liderini 60 illiyi münasibətilə təbrik ediblər və onu "özlərinin dini rəhbəri və müəllimi" adlandırıblar.
Diqqətəlayiq haldır ki, bütün Rusiya və Moskva patriarxı adından Bakı və Xəzəryanı regionun yepiskopu Aleksandr çıxış edib və Kirillin salamlarını çatdırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]