...

İran müxalifəti nümayəndələrindən 20 nəfərə hökm oxunub - Tehran Baş Prokurorluğu

Cəmiyyət Materials 30 Sentyabr 2009 12:27 (UTC +04:00)
Tehran əyalətinin baş prokuroru Əlirza Avayi bildirib ki, İranda prezident seçkilərindən sonra yaranmış iğtişaşlar zamanı həbs olunmuş şəxslərdən 20 nəfərə hökm oxunub. Avayinin sözlərinə görə, onlar həmin hökmdən Ali Məhkəməyə və Apellyasiya Məhkəməsinə şikayət edə bilərlər.
İran müxalifəti nümayəndələrindən 20 nəfərə hökm oxunub - Tehran Baş Prokurorluğu

Tehran əyalətinin baş prokuroru Əlirza Avayi bildirib ki, İranda prezident seçkilərindən sonra yaranmış iğtişaşlar zamanı həbs olunmuş şəxslərdən 20 nəfərə hökm oxunub. Avayinin sözlərinə görə, onlar həmin hökmdən Ali Məhkəməyə və Apellyasiya Məhkəməsinə şikayət edə bilərlər. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

Avayi hökm oxunmuş şəxslərin adlarını açıqlamayıb.

Avayi İranda prezident seçkilərindən sonra yaranmış öğtişaşlar zamanı həbs olunmuş şəxslərin altıncı məhkəmə prosesinin nə vaxt keçiriləcəyi barədə bildirib ki, ehtimal olunur ki, bir-iki məhkəmə prosesindən sonra həbs olunanların hamısına hökm oxunacaq.

Tehran əyalətinin baş prokuroru həmçinin növbəti məhkəmə proseslərində nə qədər şəxsin mühakimə olunacağı və məhkəmənin dəqiq vaxtı haqqında da məlumat verməyib.

Trend -un arayışı: Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, partlayıcı qurğu qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə, universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri xarici mətbuata ötürməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda ittiham olunurlar.İyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında qarşıdurmaya səbəb olub. Qarşıdurmalar zamanı həlak olanlar qeydə alınıb. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti