...

Lənkəranın sahil zolağı 5 ton məişət tullantısından təmizlənib

Cəmiyyət Materials 1 Oktyabr 2009 14:45 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi "Xəzər Həftəsi" çərçivəsində Lənkəran şəhərinin 5 km uzunluğundakı sahil zolağının beş ton məişət tullantılarından təmizlənməsi üzrə tədbirlər həyata keçirib, bu barədə Trend News-a nazirlikdən bildirilib.
Lənkəranın sahil zolağı 5 ton məişət tullantısından təmizlənib

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi "Xəzər Həftəsi" çərçivəsində Lənkəran şəhərinin 5 km uzunluğundakı sahil zolağının beş ton məişət tullantılarından təmizlənməsi üzrə tədbirlər həyata keçirib, bu barədə Trend -a nazirlikdən bildirilib.

Nazirliyin mütəxəssisləri həmçinin Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Salyan və Sabirabad rayonlarında Xəzərin bioresurslarının mühafizəsi üzrə seminarlar təşkil ediblər. Sumqayıt, Abşeron, Qobustan və Xızıda məktəblilərin iştirakı ilə iməclik təşkil edilib. "Xəzər Həftəsi" zamanı Xıllı kəndində balıq zavodunun fəaliyyətinə də nəzarət olunub.

Sentyabrın 23-30-da"Xəzər Həftəsi" çərçivəsindəki tədbirlər Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi tərəfindən keçirilib.

Azərbaycanda hər il sentyabrın sonuncu həftəsi "Xəzər Həftəsi" kimi qeyd olunur.

Xəzər dənizinin sahəsi təxminən 380 000 kvadrat kilometrdir. Xəzər dənizinin sahil xəttinin uzunluğu Azərbaycanda 955,08 km, Rusiyada 695 km, Qazaxıstanda 2320 km, Türkmənistanda 1200 km, İranda isə təxminən 900 km təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti