...

Azərbaycanda pensiyaçıların külli miqdarda təqaüdünü oğurlamaqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 16 Oktyabr 2009 13:35 (UTC +04:00)
Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) 52 nəfər pensiyaçının təqaüdünü oğurlamaqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başa çatıb.
Azərbaycanda pensiyaçıların külli miqdarda təqaüdünü oğurlamaqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinə hökm oxunub

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) 52 nəfər pensiyaçının təqaüdünü oğurlamaqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başa çatıb.

Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 18 yaşlı Mehran Hüseynov 7 il, 23 yaşlı Anar Hüseynov 6 il, 19 yaşlı Ədalət Mustafayev və Ruzigar Məmmədov 5 il azadlıqdan məhrum edilib.

Onlar bu il martın 20-də Gəncədə Şəmkir rayon Bayramlı kənd sakinləri Sənayə Əliyeva və Bənövşə Ələkbərovanı bankomatdan 52 nəfər həmkəndlilərinin təqaüdünü alarkən soyublar. Qrup üzvləri qadınların üzünə gözyaşardıcı qaz balonu püskürtməklə, içərisində 3900 manat pul və 52 ədəd bankomat kartı olan çantanı əllərindən alaraq hadisə yerindən qaçıblar. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti