...

Azərbaycan və Xorvatiya QHT-ləri arasında tərcübə mübadiləsi aparılacaq

Cəmiyyət Materials 2 Noyabr 2009 11:31 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri və şuranın üzvləri Xorvatiyaya səfərə gediblər.
Azərbaycan və Xorvatiya QHT-ləri arasında tərcübə mübadiləsi aparılacaq

Azərbaycan, Bakı, 2 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri və şuranın üzvləri Xorvatiyaya səfərə gediblər.

"Şuranın sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bir həftə davam edəcək səfərinin məqsədi QHT fəaliyyəti sahəsində qabaqcıl Avropa təcrübəsi ilə tanışlıqdır", - bazar ertəsi Trend -a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən bildirilib.

Səfər zamanı vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyən milli strategiyanın icrası, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramlara vəsaitlərin ayrılması üzrə standartlar və prosedurlar, maliyyələşdirmə üçün prioritet istiqamətlərin müəyyən edilməsi mexanizmləri müzakirə olunacaq. "Nümayəndə heyəti Xorvatiyanın ictimai idarəetmə üzrə islahatları, QHT-lər üçün təlim mərkəzlərinin yaradılması, QHT-lərin qeydiyyatdan keçmə prosesi ilə tanış olacaqlar", - məlumatda vurğulanır.

Məlumatda qeyd edilir ki, QHT-lərin inkişafı üçün dünya təcrübəsinin öyrənilməsi proqramı çərçivəsində Azərbaycanın dövlət və hökumət təmsilçilərindən ibarət nümayəndə heyəti 2007-ci ildə Macarıstanda, 2008-ci ildə isə Şura rəhbərliyi ABŞ-ın Sietl ştatında səfərdə olublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti