...

Azərbaycan məhkəməsi qətldə ittiham olunan Rusiya vətəndaşı barəsindəki hökmü ləğv edib

Cəmiyyət Materials 4 Noyabr 2009 10:46 (UTC +04:00)
Trend News-un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin Rusiya vətəndaşı İqor Bajilevskin və Anar Nuriyevin barəsində çıxardığı hökmdən verilən şikayətə və protestə baxılıb.
Azərbaycan məhkəməsi qətldə ittiham olunan Rusiya vətəndaşı barəsindəki hökmü ləğv edib

Azərbaycan, Bakı, 4 noyabr / Trend , muxbir H.Bağırov/

Azərbaycan məhkəməsi qəsdən adam öldürməkdə ittiham olunan Rusiya vətəndaşı barəsindəki hökmü ləğv edib.

Trend -un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin Rusiya vətəndaşı İqor Bajilevskin və Anar Nuriyevin barəsində çıxardığı hökmdən verilən şikayətə və protestə baxılıb.

Məhkəmə hökmü ləğv edib və prokurorluğun protesti əsasında cinayət işinə yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndərilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Bajilevski 15 il, Nuriyevə isə 13 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Prokuror Bajilevskinin ömürlük, Nuriyevin isə 15 il azadlıqdan məhrum etmə cəzası almasını istəmişdi.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddələri ilə ittiham olunurlar.

Ötən il dekabrın 18-də Sabunçu rayonu ərazisində meyiti aşkarlanmış Aleksandr Nikolayeviç Qolikovun İqor Bajilevski tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib.

İstintaqla Bajilevskinin Qolikovu qətlə yetirməmişdən bir gün əvvəl Xətai rayonunda kirayə qaldığı evin sahibi Rafiq Azər oğlu Əliyevi də çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirdiyi müəyyən edilib. Hadisənin iki nəfər tərəfindən törədildiyi müəyyən olunub.

Bajilevski qətli Sabunçu rayon sakini Anar Ruslan oğlu Nuriyevlə birgə törətdiyini etiraf edib.

İqorun ifadəsi əsasında Nuriyev də məsuliyyətə cəlb edilib. Hər iki hadisə pul üstündə törədilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti