...

Azərbaycanın Sumqayıt şəhərinin 60 illik yubileyi ilə bağlı tədbirlər keçirilib

Cəmiyyət Materials 5 Noyabr 2009 10:31 (UTC +04:00)
Sumqayıt Şəhər İcra Hakimiyyətindən cümə axşamı Trend News-a verilən məlumata görə, muzey əməkdaşları mədəni-maarif müəssisələrində “Sumqayıt şəhərinin yaranma tarixi”, “Sumqayıtın dostluq əlaqələrinin tarixi”, “Sumqayıtın mədəniyyət tarixindən” mövzusunda mühazirələr oxuyub, “Sumqayıt şəhərinin yaranma tarixi” adlı səyyar sərgilər nümayiş etdiriblər.
Azərbaycanın Sumqayıt şəhərinin 60 illik yubileyi ilə bağlı tədbirlər keçirilib

Azərbaycan, Bakı, 5 noyabr / Trend , muxbir K. Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində Sumqayıtın Tarix Muzeyi tərəfindən silsilə tədbirlər həyata keçirib.

Sumqayıt Şəhər İcra hakimiyyətindən cümə axşamı Trend -a verilən məlumata görə, muzey əməkdaşları mədəni-maarif müəssisələrində "Sumqayıt şəhərinin yaranma tarixi", "Sumqayıtın dostluq əlaqələrinin tarixi", "Sumqayıtın mədəniyyət tarixindən" mövzusunda mühazirələr oxuyub, "Sumqayıt şəhərinin yaranma tarixi" adlı səyyar sərgilər nümayiş etdiriblər.

Muzeyin direktoru O.İslamova və elmi işçisi N.Zeynalov Sumqayıt şəhərinin quruculuğunda və inkişafında xidməti olan ağsaqqal və ziyalılarla keçirilən görüşlərdə iştirak edib və Sumqayıtın yaranma tarixi haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti