...

Qafqaz xalqları arasında dostluğun yaranmasında və inkişafında Azərbaycanın xidmətləri böyükdür - Gürcüstan Patriarxı II İlya

Cəmiyyət Materials 7 Noyabr 2009 11:26 (UTC +04:00)
"Cənubi Qafqaz və Qara dəniz ətrafı ərazilərdə yaşayan xalqlar arasında dostluğun inkişafında da xidmətləriniz yüksək qiymətləndirilir", - Trend News-un məlumatına görə, bu barədə şənbə günü Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən tədbirdə Gürcüstan Patriarxı II İlya bildirib.
Qafqaz xalqları arasında dostluğun yaranmasında və inkişafında Azərbaycanın xidmətləri böyükdür - Gürcüstan Patriarxı II İlya

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Gürcüstan Patriarxı II İlya Qafqaz xalqları arasında dostluğun yaranmasında və inkişafında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin xidmətlərinin böyük olduğunu bildirib.

"Cənubi Qafqaz və Qara dəniz ətrafı ərazilərdə yaşayan xalqlar arasında dostluğun inkişafında da xidmətləriniz yüksək qiymətləndirilir", - Trend -un məlumatına görə, bu barədə şənbə günü Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən tədbirdə Gürcüstan Patriarxı II İlya bildirib.

Patriarxın sözlərinə görə, həm Azərbaycanı, həm də Gürcüstanı narahat edən bir sıra ümumi problemlər var. "Bunlardan biri hər iki ölkənin ərazi bütövlüyünün pozulmasıdır. Cənubi Osetiya və Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir. Həmin ərazilərdə baş verən hadisələr süni yolla yaradılıb", - Gürcüstan Patriarxı əlavə edib.

II İlya deyib ki, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün mütləq bərpa olunacağına ümid edir. "Əgər biz Qafqazda sülh istəyiriksə, Azərbaycan ilə Gürcüstanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz bu gün sülhdən danışırıqsa, deməliyik ki, sülh və ədalət yanaşı olmalıdır. Ədalət olmadan sülh qeyri-mümkündür", - Gürcüstan Patriarxı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti