...

"İmdad" komitəsinin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edilib

Cəmiyyət Materials 12 Noyabr 2009 15:55 (UTC +04:00)
İran İslam Respublikasının İmam Xomeyni adına "İmdad" ("Qurtuluş") komitəsinin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər - Mahmud Seyyidi təyin edilib.
"İmdad" komitəsinin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edilib

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir, M.Əliyev/

İran İslam Respublikasının İmam Xomeyni adına "İmdad" ("Qurtuluş") komitəsinin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər - Mahmud Seyyidi təyin edilib.

Seyyidinin Trend -a bildirdiyi kimi, o, Azərbaycana təyin olunana qədər, 28 il ərzində İranın Urmiya şəhərindəki "İmdad" nümayəndəliyinə rəhbərlik edib.

Seyyidi vəzifə başında olan Mansur Seyfini əvəz edir.

"İmdad" komitəsinin nümayəndəliyi Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir və azərbaycanlı qaçqın və məcburi köçkünlərə, yoxsul ailələrə humanitar yardım göstərir.

Komitənin illik büdcəsi 2,5 - 3 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti