...

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-cu ilin maliyyə müsabiqəsinin siyahısını ictimai müzakirəyə təqdim edib

Cəmiyyət Materials 19 Noyabr 2009 18:05 (UTC +04:00)
"Mövzularla bağlı QHT-lər noyabrın 30-dək öz təklif və rəylərini Şuraya yazılı şəkildə təqdim edə bilərlər", - cümə axşamı Trend News-a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildirilib.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-cu ilin maliyyə müsabiqəsinin siyahısını ictimai müzakirəyə təqdim edib

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-cu ilin maliyyə müsabiqəsinin ilkin variantının siyahısını ictimai müzakirəyə təqdim edib.

"Mövzularla bağlı QHT-lər noyabrın 30-dək öz təklif və rəylərini Şuraya yazılı şəkildə təqdim edə bilərlər", - cümə axşamı Trend -a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildirilib.

Trend -un arayışı: QHT-lərə maliyyə yardımı ilə bağlı 2009-cu il üçün müsabiqə yanvarın 15-də elan edilib və sənədlərin təqdimetmə müddəti fevralın 15-də başa çatıb. Bu il Şuraya 569 layihə təqdim edilib. Layihə təqdim edən QHT-lərin Şuradan istədiyi məbləğ ümümilikdə 9 milyon manata yaxın olub, amma Şuranın müsabiqə fondu bundan dəfələrlə az - 2 milyon 68 manat təşkil edib. Müsabiqəyə təqdim edilən layihələrdən 226-sı Şura tərəfindən dəstəklənib və onlara ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Prezident İlham Əliyev 2007-ci il dekabrın 13-də fərman imzalayıb.

Mövzular haqqında ətraflı məlumatı Şuranın qhtxeber.az saytından almaq olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti