...

Azərbaycanda 20 dini icmaya yenidən qeydiyyat şəhadətnaməsi verilib

Cəmiyyət Materials 25 Noyabr 2009 13:02 (UTC +04:00)
Trend News-un məlumatına görə, bununla bağlı bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov şəhadətnamələri dini icmalara təqdim edib.
Azərbaycanda 20 dini icmaya yenidən qeydiyyat şəhadətnaməsi verilib

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda 20 dini icmaya yenidən qeydiyyat şəhadətnaməsi verilib.

Trend -un məlumatına görə, bununla bağlı bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov şəhadətnamələri dini icmalara təqdim edib.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə də ölkədə fəaliyyət göstərən dini qurumların sayı 534-ə çatıb.

2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i İslam, biri isə Sumqayıt şəhərində fəaliyyət göstərən qeyri-islam təmayüllü "Kübar" yəhudilər dini icmasıdır.

Orucovun sözlərinə görə, qeydiyyat şəhadətnamələri verilən 20 dini icmanın 18-inin əksəriyyəti Bakı və Abşeronda fəaliyyət göstərən islam yönümlüdür. Qalan ikisi isə Rus Povaslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və Bakı şəhər Dağ Yəhudi İcmasıdır. Komitə sədri deyib ki, indiyə qədər 200-dən çox icma qeydiyyat üçün müraciət edib. Onlardan 30-dan artığı qeydiyyata alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti