Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir T.Cəfərov/
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Baqir Bəhrami Azərbaycan hökumətini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
"Bəhrami Azərbaycan hökumətinə və xalqına sağlamlıq, əmin-amanlıq və xöşbəxtlik arzulayıb", - İranın Azərbaycandakı səfirliyindən cümə axşamı Trend -a daxil olan məktubda deyilir.
"Qurban bayramı insanların tanrıya olan məhəbbətinin təsviridir. Qurban bayramı xeyir, mərhəmət və şəfqət bayramıdır. Bu bayram günündə Azərbaycan xalqına və dövlətinə xoşbəxtlik, süfrələrinə ruzu-bərəkət arzulayıram", - təbrikdə İran səfiri bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]