...

Azərbaycanın "Bakı" futbol klubu "Birlik kuboku"nda qalib gələcəyinə inanır

Cəmiyyət Materials 16 Dekabr 2009 17:35 (UTC +04:00)
"Biz turnitə əsas heyətlə gedəcəyik və məqsədimiz ən azı finalda oynamaqdır. Təbii ki, əgər finala çıxacağıqsa, deməli həm də kuboku qazanmaq iddiasındayıq", - çərşənbə günü Trend News-a "Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov bildirib.
Azərbaycanın "Bakı" futbol klubu "Birlik kuboku"nda qalib gələcəyinə inanır

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın futbol klubu "Birlik kuboku"nda qalib gəlmək iddiasındadır.

"Biz turnitə əsas heyətlə gedəcəyik və məqsədimiz ən azı finalda oynamaqdır. Təbii ki, əgər finala çıxacağıqsa, deməli həm də kuboku qazanmaq iddiasındayıq", - çərşənbə günü Trend -a "Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov bildirib.

Trend -un arayışı: "Birlik kuboku" turnirində Azərbaycanı Bakının eyniadlı komandası təmsil edəcək. İndiyədək bir dəfə - 2007-ci ilin yanvarında "Birlik kuboku"nda çıxış edən "Bakı" qrupdan çıxıb və ¼ finalda Moskva MOİK-nin əvəzedicilərinə oyun sonrası penaltilər seriyasında uduzub. Turnir yanvarın ortalarında başlayacaq.

Zeynalovun sözlərinə görə, Bülənt Qorxmazın baş məşqçi təyin olunmasından sonra komandadan bir neçə oyunçunun getməsi "Bakı"nın zəifləməsinə səbəb olmayıb.

"Klubumuzda oyunçuların sayı çox olduğundan, gedənlərə görə problemlə üzləşməmişik", - baş menecer əlavə edib.

Klub rəsmisi transfer pəncərəsi açılandan sonra yeni oyunçularla müqavilə bağlanacağına və bununla da "Bakı"nın daha da güclü oyun nümayiş etdirəcəyinə inanır.

"Transfer edəcəyimiz oyunçuların sayı 5-6 nəfər olacaq. Yerli komandalarda çııxş edən hər hansı yerli futbolçu ilə maraqlanmırıq. Düşünürəm ki, komandamızda olan yerli futbolçular da kifayət qədərdir", - Məmmədov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti