...

Almaniyalı iş adamını oğurlamaqda təqsirli bilinən Azərbaycan vətəndaşlarına hökm oxunub

Cəmiyyət Materials 25 Dekabr 2009 17:01 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Naxçıvan sakini Həsən Cabbarov, Bakı şəhər sakinləri - Qulu Muxtarov, Rauf Heydərov və Mais Vəliyevin hər birinə 4 il şərti cəza verilib. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
Almaniyalı iş adamını oğurlamaqda təqsirli bilinən Azərbaycan vətəndaşlarına hökm oxunub

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir H.Bağırov/

Almaniyalı iş adamını oğurlamaqda təqsirli bilinən Azərbaycan vətəndaşlarına hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Naxçıvan sakini Həsən Cabbarov, Bakı şəhər sakinləri - Qulu Muxtarov, Rauf Heydərov və Mais Vəliyevin hər birinə 4 il şərti cəza verilib. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, bu il avqustun 10-da TürkiyəGürcüstan vətəndaşlığını daşıyan Cavatay Yaman Zaqatala rayonunun Car kəndi ərazisində yerləşən "Ləzzət" istirahət guşəsində,Həsən Cabbarov, Qulu Muxtarov, Rauf Heydərov və Mais Vəliyev tərəfindən girov götürülüb.

Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirli bilinən şəxslər 2009-cu il avqustun 13-də saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər Yamanı 10 gün əvvəl girov götürüb. Əvvəllər həmin şəxslərlə biznes əlaqəsində olan Yaman onlara külli miqdarda pul borclu olub. Borcu qaytara bilmədiyi üçün Yaman girov götürülüb. Bir müddət Qax rayonunda, sonra isə Zaqatalada yerləşən "Ləzzət" istirahət mərkəzində girov saxlanan Yamana işgəncə verildiyi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti