...

And dağlarına təşkil olunmuş ilk Azərbaycan elmi-idman ekspedisiyası uğurla başa çatdı

Cəmiyyət Materials 12 Yanvar 2010 14:12 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) rəsmi saytında verilən məlumata görə, Federasiya prezidenti Hüseynqulu Bağırovun rəhbərlik etdiyi ilk Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək And dağlarına (Argentina) ekspedisiyanı başa vurub.
And dağlarına təşkil olunmuş ilk Azərbaycan elmi-idman ekspedisiyası uğurla başa çatdı

Azərbaycan, Bakı, 12 yanvar / Trend . müxbir M.Əliyev/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) rəsmi saytında verilən məlumata görə, Federasiya prezidenti Hüseynqulu Bağırovun rəhbərlik etdiyi ilk Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək And dağlarına (Argentina) ekspedisiyanı başa vurub.

Ekspedisiya qrupu And dağlarının Akonkaqua massivinin unikal geologiyası üzrə elmi-geoloji proqram, həmçinin Argentinanın dağlıq və dağətəyi rayonlarının timsalında Cənubi Amerikanın bioloji müxtəlifliyi üzrə proqramı da həyata keçirib. Ekspedisiya zamanı elmi-populyar filmlər və nəşrlərin hazırlanmasında əsas rol oynayacaq unikal, zəngin video və foto materiallar çəkilib.

Ekspedisiya üzvləri Akonkaqua zirvəsinə (6962 m) Azərbaycanın milli bayrağını, Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri, həmçinin üzərində Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev cənablarının şəkli və "Azərbaycan yeni zirvələrə doğru, İlhamla irəli" sözləri yazılmış vımpellər qaldırıblar. Həmçinin, zirvədə Azərbaycan və ingilis dillərində yazılan "2010 Azərbaycanda ekologiya ili-Yaşıl dünya naminə" transporantları açılıb.

Bütün bunları ekspedisiya rəhbərliyinin tapşırığına əsasən ekspedisiyanın üzvü, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının "Ekosport" İdman klubunun rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirbədəl Mirhəsənli həyata keçirib.

Ekspedisiya qrupu hazırda geri dönməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti