...

Gürcüstanda quldurluq etməkdə təqsirli bilinən Azərbaycan vətəndaşına hökm oxunub

Cəmiyyət Materials 13 Yanvar 2010 17:47 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mehman Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Gürcüstanda quldurluq etməkdə təqsirli bilinən Azərbaycan vətəndaşına hökm oxunub

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir H.Bağırov/

Gürcüstanda quldurluq etməkdə təqsirli bilinən Azərbaycan vətəndaşına hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mehman Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin quldurluq (181) və qanunsuz silah gəzdirmə (228) maddələri ilə ittiham olunub.

Xəlilov 2009-cu ilin yayında Gürcüstan Respublikasında olduğu müddət ərzində quldurluq edib. O, Gürcüstan vətəndaşlarına bıçaqla hədə-qorxu gələrək, onların pullarını və mobil telefonlarını alıb.

Xəbər lenti

Xəbər lenti