...

Belarus Dövlət Agentliyi BELTA və TREND BİA tərəfdaşlıq haqqında müqavilə imzalayıb

Cəmiyyət Materials 14 Yanvar 2010 13:14 (UTC +04:00)
Belarus Dövlət Teleqraf Agentliyi (BELTA) və Azərbaycanın TREND Beynəlxalq İnformasiya Agentliyi (BİA) informasiya sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Belarus Dövlət Agentliyi BELTA və TREND BİA tərəfdaşlıq haqqında müqavilə imzalayıb

Belarus Dövlət Teleqraf Agentliyi (BELTA) və Azərbaycanın TREND Beynəlxalq İnformasiya Agentliyi (BİA) informasiya sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Sənədə əsasən, tərəflər operativ informasiya və analitik materialların, həmçinin ölkələrin daxili və beynəlxalq həyatında baş verən aktual hadisələrlə bağlı fotoların mütəmadi mübadiləsini dəstəkləyəcək. Tərəflər həmçinin ölkə başçılarının və rəsmi nümayəndələrin səfərləri, o cümlədən iki ölkə ərazisində keçirilən digər dövlətlərarası aksiya və tədbirlərin təşkili zamanı informasiya dəstəyi üzrə əməkdaşlıq etmək niyyətindədir.

"Ümid edirəm ki, sizin seçdiyiniz tərəfdaşlıq forması yalnız media məkanını keyfiyyətli informasiya materialları ilə təmin etməyəcək, həmçinin Azərbaycan-Belarus dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək", - Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç TREND və BELTA arasında bağlanan müqavilə ilə bağlı olaraq deyib.

Belarus Teleqraf Agentliyi artıq 90 ildir ki, ölkənin Dövlət İnformasiya Agentliyi statusunu qoruyub saxlayır və Belarus hökumətinin ali orqanlarının fəaliyyəti haqqında ən operativ informasiya mənbəyi olaraq qalır. BELTA rus, belarus, ingilis və alman dillərində xəbərlər yayır. BELTA Belarusun siyasi, sosial-iqtisadi, mədəni və idman həyatında baş verən mühüm hadisələr haqqında gündəlik 150-170 məlumat yayır, müxtəlif mövzularda 15-dən çox gündəlik, aylıq və illik xəbərlər buraxır. BELTA-nın fotolentinə gündəlik 20-25 fotomövzu yerləşdirilir ki, bu da Belarusun bütün regionlarından 100-dən çox fotoşəkildir.

TREND 1995-ci ildə Azərbaycanda yaradılmış müstəqil informasiya agentliyidir, Qafqazda, Xəzərsahili regionda və Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. TREND gündəlik beş dildə: Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində təxminən 500 xəbər dərc edir. Agentlik oxucularına yüksəkkeyfiyyətli multimedia materialları, siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklər tərəfindən yazılan analitik məqalələr təqdim edir.

Xəbər lenti

Xəbər lenti