...

ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvana səfər edəcək

Cəmiyyət Materials 27 Yanvar 2010 17:19 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel yanvarın 28-29-da Naxçıvana səfər edəcək. Bu barədə ofisin məlumatında deyilir.
ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvana səfər edəcək

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir S.Ağayeva/

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel yanvarın 28-29-da Naxçıvana səfər edəcək. Bu barədə ofisin məlumatında deyilir.

Səfər zamanı səfir Cankorel Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri görüşəcək. Bundan başqa, ATƏT-in Bakı ofisinin rəhbəri Muxtar Respublikanın daxili işlər naziri, ədliyyə naziri, Ali Məhkəməsinin sədri, insan hüquqları üzrə müvəkkil, Vəkillər Kollegiyasının sədri və QHT təmsilçiləri ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti