...

Azərbaycanda Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin konfransı keçiriləcək

Cəmiyyət Materials 29 Yanvar 2010 14:09 (UTC +04:00)
Azərbaycanda Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin konfransı keçiriləcək. Bu barədə cümə günü Trend News-a müsahibəsində Avropa Şurası Elm, Təhsil, Mədəniyyət, İdman və Gənclər üzrə baş Direktoratın rəhbəri, Mədəniyyətlərarası dialoq üzrə əlaqələndirici Qabriella Battaini-Draqoni məlumat verib.
Azərbaycanda Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin konfransı keçiriləcək

Fransa, Strasburq, 29 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Azərbaycanda Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin konfransı keçiriləcək. Bu barədə cümə günü Trend -a müsahibəsində Avropa Şurası Elm, Təhsil, Mədəniyyət, İdman və Gənclər üzrə baş Direktoratın rəhbəri, Mədəniyyətlərarası dialoq üzrə əlaqələndirici Qabriella Battaini-Draqoni məlumat verib.

"Biz Azərbaycanla idman sahəsində fəal əməkdaşlıq edirik. Bunun nəticəsidir ki, cari ilin sentyabrın 22-də Bakıda AŞ-na üzv dövlətlərin idman nazirlərinin qeyri-rəsmi konfransı keçiriləcək. Bu, yüksək siyasi səviyyədə nəzərdə tutulan tədbirdir. Mənim də bu tədbirdə iştirakım nəzərdə tutulub", - Qabriella Battaini-Draqoni deyib.

Onun sözlərinə görə, konfransla bağlı məsələlər və hazırlıq işlərinə dair fevral və mart aylarında Paris və Strasburqda fikir mübadiləsi aparıldıqdan sonra sənədlər AŞ Katibliyinin Mədəniyyət, Təhsil, Gənclər və İdman məsələləri üzrə Məruzəçilər qrupunda müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti