...

Azərbaycanda boşanma hallarının azaldılması üçün qızların nikah yaşının artırılmasına ehtiyac var - Parlamentin komitə sədri

Cəmiyyət Materials 2 Fevral 2010 12:26 (UTC +04:00)
Azərbaycan Parlamentinin Komitə sədri hesab edir ki, boşanma faktlarının azaldılması üçün qızların nikah yaşının artırılmasına ehtiyac var.
Azərbaycanda boşanma hallarının azaldılması üçün qızların nikah yaşının artırılmasına ehtiyac var - Parlamentin komitə sədri

Azərbaycan, Bakı, 2 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin Komitə sədri hesab edir ki, boşanma faktlarının azaldılması üçün qızların nikah yaşının artırılmasına ehtiyac var.

"Azərbaycanda ötən il səkkiz min boşanma faktı qeydə alınıb ki, bunun da əsas səbəbi erkən nikahlardır. Problemin qarşısını almaq üçün qanunvericilikdə qızların nikah yaşının qaldırılmasına ehtiyac var", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı "Azərbaycan gəncləri - dünən, bu gün, sabah" mövzusunda keçirilən dəyirmi masada çıxışında Milli Məclisin Sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəbli deyib.

Qanunvericiliyə görə, qızların nikah yaşı 17-dir.

Rəcəblinin sözlərinə görə, ötən il 90 min nikahdan 5 mini 18 yaşına qədər olan qızlarla bağlanıb.

Xəbər lenti

Xəbər lenti