...

Azərbaycanın "Premyer" gəmisinin heyətinin vətənlərinə qayıtmasında heç bir problem yoxdur - XİN

Cəmiyyət Materials 19 Fevral 2010 13:33 (UTC +04:00)
Albaniya sərhəddində reyddə olan Azərbaycanın "Premyer" gəmisinin dənizçilərinin vətənə qayıtmasında heç bir problem yoxdur. Bu barədə Azərbaycan XİN-nin rəsmi nümayəndəsi Elxan Pluxov cümə günü jurnalistlərə bildirib.
Azərbaycanın "Premyer" gəmisinin heyətinin vətənlərinə qayıtmasında heç bir problem yoxdur - XİN

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir M.Əliyev/

Albaniya sərhəddində reyddə olan Azərbaycanın "Premyer" gəmisinin dənizçilərinin vətənə qayıtmasında heç bir problem yoxdur. Bu barədə Azərbaycan XİN-nin rəsmi nümayəndəsi Elxan Pluxov cümə günü jurnalistlərə bildirib.

"Biz dünən gəmi kapitanı və ekipajla əlaqə saxlamışıq, dənizçilər və sənədlər qaydasındadır və onlar hər an qayıda bilərlər", - Poluxov bildirib.

Azərbaycan tərəfi həmçinin ekipaja ərzaq yardımı etməyə hazır olduğunu bildirən Albaniyadakı Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə əlaqə saxlayıb. Hazırda gəmi sahibləri ilə liman rəhbərliyi arasında gəminin sahilə bərkidilməsi üçün danışıqlar aparılır.

XİN-in rəsmi nümayəndəsinin sözlərinə əsasən, Türkiyədəki Azərbaycan səfiri vəziyyəti nəzarət altında saxlayır.

Yük gəmisi Türk şirkəti "Mareks"-ə məxsusdur. 14 nəfərlik ekipaj üzvləri ilə Albaniyanın Dyurer limanının 40 kilometrliyində reyddədir. 14 ekipaj üzvündən 8-i azərbaycanlı və qalanları isə gürcüstanlıdır. Albaniya tərəfi dənizçilərin sahilə çıxarılması razılığından imtina edirlər.

Xəbər lenti

Xəbər lenti