...

Litvada Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı tədbirlər keçirilir

Cəmiyyət Materials 23 Fevral 2010 15:35 (UTC +04:00)
Litvada Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı soyqırım həqiqətlərinin Litva ictimaiyyətinə və siyasi dairələrinə çatdırılması məqsədilə bir sıra təbliğat tədbirləri və anım mərasimləri keçirilir.
Litvada Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı tədbirlər keçirilir

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir M.Əliyev/

Litvada Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı soyqırım həqiqətlərinin Litva ictimaiyyətinə və siyasi dairələrinə çatdırılması məqsədilə bir sıra təbliğat tədbirləri və anım mərasimləri keçirilir. Bu barədə məlumatı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə Litvanın www.slaptai.lt saytında Xocalı soyqırımı haqqında geniş analitik məqalə və görüntülər yerləşdirilib. Məqalənin müəllifi tanınmış Litva jurnalisti və naşiri Gintaras Visotskasdır. Təbliğat materialları həmçinin Kaunas şəhərində litva dilində nəşr olunan "XXI əsr" ("XXI amžius") adlı qəzetin fevralın 24-də çıxacaq sayında da dərc olunacaq.

Həmçinin, Cəmiyyətin dəstəyi ilə Litva radiosunda qanlı Xocalı hadisələrinin obyektiv işıqlandırılmasına və onlara düzgün hüquqi-siyasi qiymət verilməsinə həsr edilmiş Litva dilində veriliş yayımlanacaq. Verilişdə yerli tarixçilər, beynəlxalq icmalçılar və politoloqlarla bərabər Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev də iştirak edəcək və soyqırım haqqında faktları və Azərbaycanın haqlı mövqeyini ictimaiyyətə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti