...

ATƏT və Mətbuat Şurası "Diffamasiya haqqında" qanunu ictimai müzakirəyə çıxaracaq

Cəmiyyət Materials 15 Mart 2010 15:44 (UTC +04:00)
ATƏT-in Bakı ofisi ilə Mətbuat Şurası "Diffamasiya haqqında" qanunun qəbulu və jurnalistlərin peşə davranışları qaydalarının təkmilləşdirilməsi üzrə birgə layihə həyata keçirəcək.
ATƏT və Mətbuat Şurası "Diffamasiya haqqında" qanunu ictimai müzakirəyə çıxaracaq

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir A.Hüseynbala/

ATƏT-in Bakı ofisi ilə Mətbuat Şurası "Diffamasiya haqqında" qanunun qəbulu və jurnalistlərin peşə davranışları qaydalarının təkmilləşdirilməsi üzrə birgə layihə həyata keçirəcək.

"Diffamasiya haqqında" qanun layihəsinin hazırlanmasında beynəlxalq ekspertlər dəvət olunacaq. Yekun olaraq, beynəlxalq ekspertlərin iştirakı ilə jurnalistlərin geniş forumu keçiriləcək", - Trend -un məlumatına görə, bunu bazar ertəsi keçirilən mətbuat konfransında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Amaşov deyib ki, layihənin sonunda "Diffamasiya haqqında" qanun hazırlanaraq parlamentə təqdim olunacaq.

"Bununla bağlı deputatlarla ayrıca gorüşlər keçirəcəyik. Çalışacağıq ki, ilin sonuna kimi "Diffamasiya haqqında" qanun layihəsi parlamentdə müzakirəyə çıxarılsın", - Amaşov deyib.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel isə bildirib ki, Azərbaycanda mətbuatın inkişaf etdirilməsi istiqamətində layihələrə dəstək verməyə hazırdırlar.

Xəbər lenti

Xəbər lenti