...

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin rus dili variantı istifadəyə verilib

Cəmiyyət Materials 17 Mart 2010 12:02 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin rus dili variantı (www.migration.gov.az) istifadəyə verilib. Bu barədə çərşənbə günü Trend News-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin rus dili variantı istifadəyə verilib

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin rus dili variantı (www.migration.gov.az) istifadəyə verilib. Bu barədə çərşənbə günü Trend -a qurumun mətbuat xidmətindən məlumat verilib.

Ölkəyə daxil olmuş və burada yaşayan, həmçinin dünyanın hər bir yerindən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinə daxil olan rusdilli istifadəçilər ölkənin miqrasiya sahəsində mövcud qanunvericilik aktları, eləcə də qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklərə dair, o cümlədən müvəqqəti və daimi yaşamaq, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsi, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi məsələlərlə əlaqədar məlumatları bundan sonra rus dilində də əldə edə biləcəklər.

İstifadəçilər internet səhifənin "Sual-cavab" xidmətinə, həmçinin qurumun elektron ünvanlarına - "[email protected]", "[email protected]"ə onları maraqlandıran məsələlərlə bağlı rus dilində müraciət edə, ünvanladıqları suallara elə bu dildə cavab tapa bilərlər.

DMX-nin rəsmi internet səhifəsi artıq üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti