...

Azərbaycanda silahlı basqınlar törətməkdə təqsirləndirilənlərə prokuror 28 il cəza istəyib

Cəmiyyət Materials 18 Mart 2010 16:29 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Abşeron rayon sakinləri Pərvin Həşimov və İlham Əsgərovun cinayət işi üzrə prosesdə prokuror çıxış edib.
Azərbaycanda silahlı basqınlar törətməkdə təqsirləndirilənlərə prokuror 28 il cəza istəyib

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda silahlı basqınlar törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Abşeron rayon sakinləri Pərvin Həşimov və İlham Əsgərovun cinayət işi üzrə prosesdə prokuror çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə martın 29-da hökm elan edəcək.

Təqsirləndirilən şəxslər külli miqdarda pul əldə etmək məqsədi ilə qabaqcadan əlbir olaraq "Karvan" ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsində işləyən Cümşüd Hüseynovu qarət etmək qərarına gəlib.

2008-ci il fevral 18-də onlar Hüseynova silahlı basqın edərək, ona məxsus və içərisində 39 364 min manat nağd pul, həmçinin, 16 922 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı götürərək hadisə yerindən qaçıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində bir neçə silahlı basqın həyata keçiriblər. 2009-cu il fevralın 20-də Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimov və Əsgərov tutulublar.

Xəbər lenti

Xəbər lenti