...

TREND BİA Türkiyənin TRT AVAZ kanalını mükafatlandırıb

Cəmiyyət Materials 19 Mart 2010 15:45 (UTC +04:00)
Mükafatı tәqdim eden Trend News-un direktor müavini Emil Hüseynli bildirib ki, TRT AVAZ-ın türk xalqları arasında, o cümlәdәn qardaş Azәrbaycan ilә Türkiyә arasında mәdәni vә tarixi әmәkdaşlığın inkişafında xüsusi xidmәtlәri var.
TREND BİA Türkiyənin TRT AVAZ kanalını mükafatlandırıb

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva/

TREND Beynәlxalq İnformasiya Agentliyi Türkiyәnin TRT AVAZ kanalını Azәrbaycan ilə Türkiyә arasında qardaş vә dost münasibәtlәrinin inkişafında göstərdiyi xidmәtә görә mükafatlandırıb.

Mükafatı tәqdim eden Trend -un direktor müavini Emil Hüseynli bildirib ki, TRT AVAZ-ın türk xalqları arasında, o cümlәdәn qardaş Azәrbaycan ilә Türkiyә arasında mәdәni vә tarixi әmәkdaşlığın inkişafında xüsusi xidmәtlәri var.

"Yarandığı bir il әrzindә TRT AVAZ türk xalqları arasında әmәkdaşlığın dәrinlәşmәsindә körpü rolunu oynayıb. İnanıram ki, TRT AVAZ gәlәcək fəaliyyәtindә dә yayımlandıgı ərazidə türk xalqları tarixinin və mәdәniyyәtinin tәbliği işindә öz töhfәsini verәcәk", - Hüseynli bildirib.

Müküfata görә TREND-ə tәşәkkürünü bildirәn TRT AVAZ kanalının koordinatoru bildirib ki, kanal türk dünyasının birliyi üçün fəaliyyәt göstәrir.

"Bu işdә iki dövlәt bir millәt olduğumuz Azәrbaycandan dəstək gördük. Fəaliyyәtә başladığımız vaxtdan bizә göstәrdiklәri dostluq və qardaş münasibәtә görә İctimai Televiziyaya da təşəkkürümüzü bildiririk. TREND Agentliyinәdә bizә göstәrdiklәri münasibәtә görә tәşәkkürümü bildirirəm", - TRT AVAZ kanalının koordinatoru bildirib.

TRT AVAZ birgə Türkiyə telekanalı 27 ölkədə "TURKSAT 3a, 11.581 Mhz, 4444 Symbol rate, 3/4 Fec" tezliyində türk, Azərbaycan, qazax, özbək, qırğız və türkmən dillərində yayımlanır.

1995-ci ildə Azərbaycanda yaradılmış TREND özəl informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. TREND Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada iri xəbər agentliklərindən biridir.

Agentliyin Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Türkiyə, Əfqanıstan, İran, Fransa, Belçika və Avstriyada müxbirləri var.

TREND gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 500-ə yaxın xəbər dərc edir. Trend müştərilərə yüksəkkeyfiyyətli multimedia materialları, siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklərin yazdığı məqalələri təqdim edir.

TREND 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" adlandırılıb.

Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə TREND-i "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.

Moody's International TREND-ə xəbərlərin və analitik məqalələrin, eləcə də video və fotomaterialların istehsalı və yayımlanmasına dair sertifikat verib. Şirkət TREND-in idarəetmə sisteminin ISO 9001-2000 tələblərinə cavab verdiyini təsdiq edib.

Xəbər lenti

Xəbər lenti