...

Rusiya və Qazaxıstanda ağır cinayət törətməkdə təqsirli bilinən azərbaycanlıya 15 il iş verilib

Cəmiyyət Materials 19 Mart 2010 15:53 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayon sakini Fəzail Fərzəliyevin cinayət işi üzrə keçirilən prosesdə hökm elan olunub.
Rusiya və Qazaxıstanda ağır cinayət törətməkdə təqsirli bilinən azərbaycanlıya 15 il iş verilib

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir H.Bağırov/

Rusiyada və Qazaxıstanda ağır cinayət törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşının məhkəməsi başa çatıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayon sakini Fəzail Fərzəliyevin cinayət işi üzrə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Fərzəliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Fərzəliyev Cinayət Məcəlləsinin dələduzluq (178) maddəsi ilə ittiham edilərək, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsxanada cəza çəkdiyi müddət ərzində törətdiyi daha ağır cinayətin üstü açılıb.

Müəyyən edilib ki, Fərzəliyev Rusiya Federasiyası və Qazaxıstanda qəsdən adam öldürüb. Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri, Şəmkir rayon Polis Şöbəsi, Abşeron rayon Polis Şöbəsi və Sumqayıt şəhər Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərzəliyev yenidən məsuliyyətə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti