...

"Elektron təhsil" Ümumrespublika müsabiqəsinə start verildi

Cəmiyyət Materials 6 Aprel 2010 13:29 (UTC +04:00)
2010-cu il Təhsil Nazirliyi tərəfindən "Təhsildə İKT ili" elan olunub və bu müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Trend News-un verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov bildirib.
"Elektron təhsil" Ümumrespublika müsabiqəsinə start verildi

Azərbaycan, Bakı /müxbir T.Hacıyev/

2010-cu il Təhsil Nazirliyi tərəfindən "Təhsildə İKT ili" elan olunub və bu müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Trend -un verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov bildirib.

"Müsabiqə "2008-2012-ci İllərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, Ultra, HP və MƏDƏD təşkilatları tərəfindən dəstəklənir. Biz istərdik ki, hər bir müəllimin şəxsi saytı, bloqu olsun", - Məmmədov əlavə edib.

Müsabiqə "Təhsildə internet texnologiyaları" və "Müasir məktəbdə elektron təhsil resursları" istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika", "İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika", "Elektron tədris vəsaitlərindən istifadə etməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyaları üzrə müəyyən olunacaq.

"Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. Qaliblər "Təhsildə internet resursları" və "Müəllim bloqları" nominasiyaları üzrə müəyyən olunacaq.

Müsabiqə iki mərhələdə keçiriləcək, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla, Təhsil Nazirliyi tərəfindən formalaşdırılan münsiflər heyəti onu aparacaq.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Müsabiqənin İnternet saytı da yaradılıb. İştirak etmək istəyənlər mayın 21-dək www.musabiqe.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti

Xəbər lenti