Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir, M.Əliyev/
2010-cu il Azərbaycanda seysmik cəhətdən fəal il olacaq. Seysmoloqlar belə hesab edirlər.
"Çin, Pakistan, Tacikistan, İran, Türkiyə və Yunanıstanla yanaşı, Azərbaycanın da yerləşdiyi Alp-Himalay qurşağında ilin əvvəlindəki mütəmadi yeraltı təkanları nəzərə alaraq demək olar ki, 2010-cu il ölkədə seysmik cəhətdən fəal il olacaq", - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev Trend-ə deyib
Onun sözlərinə görə, Azərbaycanın seysmik cəhətdən fəal olan əraziləri Böyük və Kiçik Qafqaz dağlarıdır.
Eyni zamanda, Əliyev deyib ki, həmin ərazilərdə son beş ildə müşahidə olunan kiçik təkanlar iri güclü zəlzələlərin baş verməsinin qarşısını alır. "Zəlzələ yer qabığında toplanmış gərginliyin üzə çıxmasıdır və kiçik təkanların uzunmüddətli bir dövrdə baş verməsi zəlzələlərinn dağıdıcı gücünü azaldır", - Əliyev deyib.