...

Azərbaycanda sürüşmənin əsas səbəbi yarımköçəri heyvandarlıqdır - ekologiya və təbii sərvətlər naziri

Cəmiyyət Materials 23 Aprel 2010 15:01 (UTC +04:00)
Azərbaycan ərazisində sürüşmənin əsas səbəbi yarımköçəri heyvandarlıqdır. Bunu cümə günü ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Azərbaycanda sürüşmənin əsas səbəbi yarımköçəri heyvandarlıqdır - ekologiya və təbii sərvətlər naziri

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan ərazisində sürüşmənin əsas səbəbi yarımköçəri heyvandarlıqdır. Bunu cümə günü ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

"Bir çox ölkələr yarımköçəri heyvandarlıq prinsipindən (yəni mal-qara üçün qış və yay otlaqlarının ayrılması) imtina ediblər. Baxmayaraq ki bu, mal-qara yeminin artımına xidmət edir, eyni zamanda, meşələrin və çəmənlərin məhvinə gətirib çıxarır", - nazir bildirib.

Onun fikrincə, ölkədə yarımköçəri prinsipi üzrə heyvandarlığın həcminin artması nəticəsində, torpaq eroziyaya məruz qalır, öz müdafiə örtüyünü itirir və sürüşmə müşahidə olunur.

Bağırov digər səbəblər kimi hələ sovet dövründən qalmış neft və başqa tullantıları da göstərib, "lakin hazırda onların təmizlənməsi üzrə intensiv iş aparılr". Eyni zamanda, nazir qeyd edib ki, Bakı və Abşeron yarımadası sürüşmə xəritəsində mühüm yer tutmur.

Xəbər lenti

Xəbər lenti