...

Azərbaycanda 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliklərin nəşri nəzərdə tutulub

Cəmiyyət Materials 29 Aprel 2010 12:06 (UTC +04:00)
Azərbaycanda dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliklərin nəşri nəzərdə tutulub.
Azərbaycanda 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliklərin nəşri nəzərdə tutulub

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliklərin nəşri nəzərdə tutulub.

"Dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliklərin nəşri nəzərdə tutulub. O cümlədən, I siniflər üçün 14 adda, III siniflər üçün kurikulum əsasında 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra çap etdirilməsi, VI, VIII-XI siniflər üçün 57 adda dərsliklərin nəşri üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - Trend-in məlumatına görə, bunu cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində təhsil nazirinin müavini İsgəndər İsgəndərov bildirib.

2003-2009-cu illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 35 milyon nüsxə dərslik çap edilib.

İsgəndərov deyib ki, yeni kurikulumun tətbiqi sahəsində 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək müəllimlərin treninqlərdən keçirilməsi, III siniflərdə yeni kurikulumların tətbiqi üzrə hazırlıq işlərinin aparılması, rəhbər pedaqoji kadrların (RTŞ əməkdaşları, metodistlər, məktəb direktorları, onların müavinləri) kurikulumların tətbiqi üzrə təlim kurslarına cəlb olunması, V-XI siniflər üzrə fənn kurikulumlarının təsdiq olunması qarşıda duran vəzifələrdəndir.

2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanılıb, bu proses 2009-2010-cu dərs ilində I və II sinifləri əhatə edib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilib və nümunəvi tədris materialları ilə təmin ediliblər.

Təhsil nazirinin müavininin sözlərinə görə, istedadlı uşaqlarla iş sahəsində respublikanın 8 bölgəsində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Lənkəran, Quba, Ağdaş rayonları) liseylərin yaradılması, Bakı şəhərində beynəlxalq Mendeleyev Olimpiadasının keçirilməsi, fənlər üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi məqsədilə seçim tədbirlərinin təşkili məsələləri üzrə tədbirlər həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti