...

Azərbaycan məhkəməsi "dedovşina"da ittiham olunan hərbçiyə bəraət verib

Cəmiyyət Materials 27 May 2010 16:15 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri - Anar Səfərov və Röyal Musayevin apelyasiya şikayəti üzrə qərar elan edilib.
Azərbaycan məhkəməsi "dedovşina"da ittiham olunan hərbçiyə bəraət verib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda "dedovşina"da ittiham olunan hərbçiyə bəraət verilib.

Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri - Anar Səfərov və Röyal Musayevin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Musayevin barəsində Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv edilib və ona bəraət verilib. Apelyasiya instansiyasında keçirilən məhkəmə prosesində Musayevin cinayət törətməsi sübuta yetirilməyib.

Məhkəmə digər təqsirləndirilən şəxs Səfərovun apelyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiqetmə (332.1) maddəsi ilə ittiham edilmişdilər və Bakı Hərbi Məhkəməsinin hökmü ilə 1 il həbs cəzası almışdılar.

İttihama görə, təqsirləndirilənlər xidmət etdikləri hərbi hissədə əsgər yoldaşlarına qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edərək onları təhqir ediblər.

Xəbər lenti

Xəbər lenti