...

Azərbaycanda təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə uzunmüddətli tədbirlər planı hazırlanıb

Cəmiyyət Materials 1 İyun 2010 15:08 (UTC +04:00)

Azərbaycan,Bakı, 1 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Mərkəzi Aran zonasında təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq məqsədilə dövlət büdcəsindən əlavə vəsaitlər ayrılacaq, - çərşənbə axşamı Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

"Daşqınlar və sellərin nəticələrinin aradan qaldırılmasının maliyyələşdirilməsi Azərbaycan Prezidentinin fərmanına əsasən həyata keçiriləcək", - Şərifov bildirib.

Nazirin sözlərinə görə, cari ildə olduğu kimi, 2011-ci ildə də nəticələrin aradan qaldırılması üçün maliyyələşdirməni nəzərdə tutan kompleks tədbirlər planı artıq müəyyən edilib.

"Təbii fəlakətin nəticələrinin aradan qaldırılması prosesi uzunmüddətlidir", - nazir qeyd edib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 76 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti