...

Azərbaycanlıların İsveç Konqresinin yeni sədri və idarə heyəti seçilib (FOTO)

Cəmiyyət Materials 7 İyun 2010 12:24 (UTC +04:00)
Azərbaycanlıların İsveç Konqresinin yeni sədri və idarə heyəti seçilib
Azərbaycanlıların İsveç Konqresinin yeni sədri və idarə heyəti seçilib (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanlıların İsveç Konqresindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Stohkolmda 18 Azərbaycan dərnək və cəmiyyətinin birgə qərarından sonra, Azərbaycanlıların İsveç Konqresinin ilk qurultayı keçirilib.

Qurultayda Emil Mirzəyev idarə heyətinin sədri, Elyar Məhərrəmov, Arzu Rüstəmova, Gülnarə Qasımova, Leyla Kiani, Aslan Arabloui, Qabil Nəsirov idarə heyətinin üzvləri seçiliblər.

Qurultay konqresin nəzarət-təftiş komissiyasının, seçki komitəsinin və əvəzləyici heyətin tərkibini təsdiq edib.

Qurultayın işində Azərbaycanın İsveçdəki səfiri Rəfael İbrahimov, səfirliyin əməkdaşları, Diasporla İş Üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin rəhbəri İlham Məmmədov və digər şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti