...

Azərbaycanda sabahdan etibarən magistratura imtahanına buraxılış vərəqəsi veriləcək

Cəmiyyət Materials 16 İyun 2010 16:32 (UTC +04:00)
Magistratura imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən bakalavrlar sonrakı iki gün ərzində imtahana buraxılış vərəqəsini qeydiyyatdan keçirməlidirlər.
Azərbaycanda sabahdan etibarən magistratura imtahanına buraxılış vərəqəsi veriləcək

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir M.Əliyev/

Magistratura imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən bakalavrlar sonrakı iki gün ərzində imtahana buraxılış vərəqəsini qeydiyyatdan keçirməlidirlər. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatında deyilir.

Bakalavr "Bakalavrın buraxılış vərəqəsi"ni Dövlət Komissiyasının saytında şəxsi elektron-qeydiyyat vərəqəsinə girərək çap edə bilər.

Magistratura imtahanın ikinci mərhələsində 6612 bakalavr iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti