...

Bakıda yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün Abşeron rayonunda yer ayrılıb - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 18 İyun 2010 13:13 (UTC +04:00)
Bakıda yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün Abşeron rayonunun Masazır qəsəbəsində yer ayrılıb. Trend-in məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə günü jurnalistlərə bildirib.
Bakıda yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün Abşeron rayonunda yer ayrılıb - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün Abşeron rayonunun Masazır qəsəbəsində yer ayrılıb. Trend-in məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə günü jurnalistlərə bildirib.

"Bakı şəhərində boş torpaq sahəsi olmadığından, yataqxanalarda məskunlaşan məcburi köçkünlərə salınacaq qəsəbə üçün Abşeron rayonunda yer ayrılıb. Vəsait ayrılandan sonra, layihənin icrasına başlanılacaq. Vaxt çatsa, tikintiyə bu il başlanıla bilər", - Baş nazirin müavini bildirib.

Həsənov deyib ki, bəzi yeni qəsəbələr üçün bir neçə yer təklif olunsa da, həmin ərazilər Bakıdan çox uzaqda olduğundan qəbul edilməyib.

Qəsəbənin həmin ərazidə salınması məcburi köçkünlərin iş yerlərinə çox uzaq olması problemini yaradırdı. Bu səbəbdən də təklif olunan ərazilər qəbul edilməyib.

Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti