...

Azərbaycanda su səviyyəsinin idarə edilməsi üzrə yeni sistem yaradılacaq – ekologiya və təbii sərvətlər naziri

Cəmiyyət Materials 7 İyul 2010 11:07 (UTC +04:00)
Azərbaycanda su səviyyəsinin idarə edilməsi üzrə yeni sistem yaradılacaq. Bu barədə jurnalistlərə çərşənbə günü ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Azərbaycanda su səviyyəsinin idarə edilməsi üzrə yeni sistem yaradılacaq – ekologiya və təbii sərvətlər naziri

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda su səviyyəsinin idarə edilməsi üzrə yeni sistem yaradılacaq. Bu barədə jurnalistlərə çərşənbə günü ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

"Azərbaycan ərazisində baş verən son daşqınlardan sonra və gələcəkdə belə hallara hazırlıq məqsədilə su səviyyəsinin idarə edilməsi üzrə mərkəzləşdirilmiş sistemin yaradılmasına zərurət yaranıb", - Bağırov deyib.

Onun sözlərinə görə, ölkə üzrə metosistemlər avtomatlaşdırılmış iş rejiminə keçərək yeniləşdiriləcək. Bundan başqa, su həcminin, dərinliyinin və axınının ölçülməsi üzrə müasir ölçmə sistemləri yaradılacaq.
"Azərbaycanda bu sahəyə nəzarət şəbəkəsinin genişləndirilməsi zərurəti yaranıb", - nazir qeyd edib.

Bağırovun sözlərinə görə, mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsi məqsədilə vahid qaydalar tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti