...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni idarə yaradılacaq

Cəmiyyət Materials 7 İyul 2010 11:31 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Xəzər dənizinin sahilyanı sularının təmizlənməsi, drenaj sistemlərin quraşdırılması üzrə işlər görəcək yeni idarə yaradılacaq. Bu barədə jurnalistlərə çərşənbə günü ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni idarə yaradılacaq

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Xəzər dənizinin sahilyanı sularının təmizlənməsi, drenaj sistemlərin quraşdırılması üzrə işlər görəcək yeni idarə yaradılacaq. Bu barədə jurnalistlərə çərşənbə günü ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

"Sahilyanı suların təmizlənməsi üzrə işləri əvvəllər rayonlardakı bələdiyyələr həyata keçirirdi, lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırmaları göstərdi ki, yerli özünüidarəetmə orqanları ötən müddət ərzində bir dənə də olsun sutəmizləyici qurğu istismara verməyib və drenaj sistemini yaratmayıblar, lakin bu məqsədlə 80-ə yaxın müqavilə imzalanıb", - nazir qeyd edib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işlərin görülməsini öz üzərinə götürüb və məsələ ilə bağlı müvafiq qərar gözləyir.

Bağırov onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bələdiyyələrlə bağlanan 80 müqavilə əsasında işlərin davam etdirilməsinə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti