...

Tərtər sakinləri əzizlərinin qətli ilə bağlı cinayət işinin düzgün aparılmadığı barədə mətbuat konfransı keçirib

Cəmiyyət Materials 19 İyul 2010 16:43 (UTC +04:00)
Tərtər rayonu Ələsgərli kənd sakini Fərman İsmayilov bazar ertəsi Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə deyib ki, qardaşı Rafiq İsmayılovun öldürülməsi ilə bağlı cinayət işinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilməsinə səbəb rayon prokrorunun törədilmiş cinayəti ört-basdır etmək istəyi olub.
Tərtər sakinləri əzizlərinin qətli ilə bağlı cinayət işinin düzgün aparılmadığı barədə mətbuat konfransı keçirib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Tərtər rayonu Ələsgərli kənd sakini Fərman İsmayilov bazar ertəsi Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə deyib ki, qardaşı Rafiq İsmayılovun öldürülməsi ilə bağlı cinayət işinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilməsinə səbəb rayon prokrorunun törədilmiş cinayəti ört-basdır etmək istəyi olub.

"Tərtər prokuroru Əli Mecdinov anam Təzəgül İsmayılovanın şikayətini geri götürməsini istəyib. Biz gördük ki, orada cinayət işi düzgün aparılmır, baş prokuror Zakir Qaralovun qəbulunda olduq və o, bu işin baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilməsinə dair göstəriş verdi", - Fəmran İsmayilov deyib.

İsmayılovun sözlərinə görə, məhkəmənin müstəntiqi Pərviz İbadov işin istintaqını aparıb və məhkəmə keçirilib. "İşi aparan məhkəmənin hakimi Eldar Mikayılov anamı və məni qəbul edərək 15 il iş veriləcəyini deyib. Lakin bundan 1 həftə sonra gördük ki, həmin şəxs azadlığa buraxılıb", - o deyib.

"Hazırda Fuad Allahverdiyev Tərtər rayon prokuroru Mecdinovun çobanı işləyir. Onun mal-qarasına baxır", - İsmayılov deyib.

Zərərçəkənlər bununla bağlı Azərbaycan rəhbərliyinə müraciət edəcəklərini bildiriblər.

İsmayılov deyib ki, məhkəmə istintaqı zamanı Allahverdiyevin Rafiq İsmayılovu qəsdən öldürməsi təsdiq edilib və dövlət ittihamçısı yekun nitqində Fuad Allahverdiyevə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını istəyib. Məhkəmənin 10 mart 2010-cu il tarixli hökmü ilə Rafiq İsmayılovun öz ehtiyatsızlığı üzündən dəryazın üstünə yıxılaraq xəsarət alması qənaətinə gəlinərək Allahverdiyevə Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli olmadığına görə bəraət verilib.

Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə isə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

19 iyun 2008-ci il tarixdə Tərtər rayonu Ələsgərli kənd sakini Fuad Allahverdiyevin həyətyanı sahəsində yonca biçərkən qonşusu Fərman İsmayılovla məişət zəminində aralarında baş vermiş mübahisə zamanı onun sifətinə yumruqla zərbələr endirərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döyməsi, həmçinin sonuncunun döyülməsini eşidib hadisə yerinə gələn qardaşı Rafiq İsmayılova qarşı qərəzli hərəkətlərini davam etdirməklə özündə olan dəryazla hədələyərək xüsusi amansızlıqla, azyaşlı qardaşı uşaqları Nəriman və Nicat İsmayılovların gözləri qarşısında heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə dəryazla həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vuran və kəskin qanitirməyə səbəb olan sinə nahiyəsinə bədən xəsarəti yetirməklə onu qəsdən öldürməsi faktı üzrə başlanmış cinayət işinin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılıb.

Aparılmış istintaqla Allahverdiyevin törətdiyi əməllər təkzibolunmaz dəlillərlə sübuta yetirilərək 19 may 2009-cu il tarixdə ona Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 132-ci maddələri ilə ittiham elan edilib və iş üzrə istintaq başa çatdırılaraq cinayət işi 27 may 2009-cu il tarixdə baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib və bu məhkəmədə işə baxılıb.

Xəbər lenti

Xəbər lenti