...

Azərbaycanın futbol üzrə Unibank Premyer Liqasının 2010/2011-ci il mövsümü üçün püşkü atılıb

Cəmiyyət Materials 20 İyul 2010 17:39 (UTC +04:00)
Unibank Premyer Liqasının 2010/2011-ci il mövsümü üçün püşkatma mərasimi keçirilib.
Azərbaycanın futbol üzrə Unibank Premyer Liqasının 2010/2011-ci il mövsümü üçün püşkü atılıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Unibank Premyer Liqasının 2010/2011-ci il mövsümü üçün püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, çərşənbə axşamı AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə klubların birinci mərhələnin 22 turundakı rəqibləri ardıcıllıqla və oyunların tarixləri bilinib. Tədbirdə Peşəkar Futbol Liqasının rəhbərliyi yarışın keçirilmə qaydaları və bu mövsüm tətbiq olunacaq yeniliklər barədə ətraflı məlumat verib.

Püşkatmaya əsasən, avqustun 7-8-də başlayacaq Unibank Premyer Liqasının birinci turunun oyunları belədir.

"İnter" (Bakı) - "Turan" (Tovuz)
"Bakı" - AZAL
"Gəncə" - "Simurq" (Zaqatala)
MOİK - "Muğan" (Salyan)
"Xəzər-Lənkəran" - "Qəbələ"
"Neftçi" (Bakı) - "Qarabağ" (Ağdam)

Xəbər lenti

Xəbər lenti