...

Azərbaycanda daha dörd qəzet Mətbuat Şurasının "qara siyahı"sına düşüb

Cəmiyyət Materials 26 Avqust 2010 15:59 (UTC +04:00)
Trend-in MŞ-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Şuranın İdarə Heyətinin cümə axşamı keçirilən iclasında verilib.
Azərbaycanda daha dörd qəzet Mətbuat Şurasının "qara siyahı"sına düşüb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda daha dörd qəzet Mətbuat Şurasının "qara siyahı"sına düşüb. Trend-in MŞ-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Şuranın İdarə Heyətinin cümə axşamı keçirilən iclasında verilib.

Şuranın Şikayətlər üzrə Komissiyasının və "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının təqdim etdikləri rəylər əsasında qərarlar qəbul olunub. İdarə Heyəti fəaliyyətlərində peşə prinsipləri ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə "Azad Azərbaycan" , "Korrupsiyaya son" və "Xalqın keşiyində" qəzetlərini "reket nəşr" elan edərək adlarının MŞ-nin "qara siyahı"sına salınması barədə qərarlar çıxarıb.

"Millətim" qəzetinin də adı orada yer alacaq. Bu zaman mətbu nəşrin başqa kütləvi informasiya vasitəsindən götürdüyü materialların təqdimatı zamanı həmin yazılara etik çərçivəyə sığmayan əlavələr etməsi və səhifələrində təhqiramiz ifadələr işlədilməsi əsas götürülüb. "Xural" qəzetinə isə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra bəndlərinin tələblərinə müntəzəm və sistematik şəkildə sayğısızlıq göstərdiyinə görə Mətbuat Şurasının xəbərdarlığı olunub.

İndiyə qədər 80-ə yaxın KİV "qara siyahı"ya düşüb.

Xəbər lenti

Xəbər lenti