...

Sentyabrın ortalarında Kürdə suyun sərfi artıb – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 22 Sentyabr 2010 14:47 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib, - bu barədə Trend-ə çərşənbə günü idarənin mətbuat xidmətindən məlumat veriblər.
Sentyabrın ortalarında Kürdə suyun sərfi artıb – Ekologiya Nazirliyi

Аzərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir М.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib, - bu barədə Trend-ə çərşənbə günü idarənin mətbuat xidmətindən məlumat veriblər.

Sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi ayın I ongünlüyünə nisbətən saniyədə 28 kubmetr artaraq, 113 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində, biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 4,72 kubmetr olub.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,30-6,70 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti