...

Qırğızıstanın Cəzaların İcrası Dövlət Xidmətinin nümayəndələri Azərbaycanın cəzaçəkmə müəssisələrində olublar (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2010 13:41 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Qırğızıstan Respublikası Cəzaların İcrası Dövlət Xidməti rəhbərliyi sentyabrın 26-dan 28-dək Azərbaycanda səfərdə olub.
Qırğızıstanın Cəzaların İcrası Dövlət Xidmətinin nümayəndələri Azərbaycanın cəzaçəkmə müəssisələrində olublar (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qırğızıstanın Cəzaların İcrası Dövlət Xidməti nümayəndələri Azərbaycanın cəzaçəkmə müəssisələrində olublar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qırğız nümayəndə heyəti qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsinə, yetkinlik yaşına çatmayanların saxlanıldığı tərbiyə müəssisəsinə və "Yeni Bakı" istintaq təcridxanasına baş çəkib, həmin müəssisələrin fəaliyyəti ilə tanış olublar. Qonaqlar Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində də olublar.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı Nümayəndəliyində nümayəndə heyəti ilə  görüş keçirilib.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov Qırğızıstan Respublikası hökuməti yanında Cəzaların İcrası Dövlət Xidmətinin sədr müavini Qaçqınəliyev Qalıbek Ozubekoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qırğızıstan Respublikası Cəzaların İcrası Dövlət Xidmətinin nümayəndələri Azərbaycanın penitensiar sistemində aparılan son islahatlardan və xüsusilə yeni inşa olunan müəssisələrdən məmnun qaldıqlarını və gələcək fəaliyyətlərində məhz bu cür təcrübə mübadilələrinin müsbət rol oynayacağını bildiriblər.

Xəbər lenti

Xəbər lenti