...

Azərbaycana zərərli dini ədəbiyyatın idxalı azalıb - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 8 Oktyabr 2010 11:40 (UTC +04:00)
Azərbaycana zərərli dini ədəbiyyatın idxalı azalıb.
Azərbaycana zərərli dini ədəbiyyatın idxalı azalıb - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycana zərərli dini ədəbiyyatın idxalı azalıb, - Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Ölkəyə ötən il 2 391 adda dini ədəbiyyatın idxal edilməsinə təşəbbüs olub. Onlardan 385-i zərərli olduğu üçün geri qaytarılıb. Bu il avqustun 1-dək 993 adda dini ədəbiyyatın idxal edilmək təşəbbüsü olub. Onlardan 125-i zərərli olduğu üçün geri qaytarılıb", - Orucov deyib.

Orucovun sözlərinə görə, bu ədəbiyyatların ölkəyə gətirilməsi ilə dinlər, təriqətlər arasında ədavət yaratmaq istəyirlər və bu, dinin siyasiləşdirilməsi istiqamətində fəaliyyət göstərən  qüvvələrin marağındadır.

Xəbər lenti

Xəbər lenti