...

Azərbaycanda jurnalistlər üçün binanın tikintisinə ilin sonuna kimi başlana bilər - KİVDF-nin icraçı direktoru

Cəmiyyət Materials 10 Noyabr 2010 15:51 (UTC +04:00)
Azərbaycanda jurnalistlər üçün binanın tikintisinə bu ilin sonuna kimi başlana bilər. Bunu çərşənbə günü Trend-ə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.
Azərbaycanda jurnalistlər üçün binanın tikintisinə ilin sonuna kimi başlana bilər - KİVDF-nin icraçı direktoru

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda jurnalistlər üçün binanın tikintisinə bu ilin sonuna kimi başlana bilər. Bunu çərşənbə günü Trend-ə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.

"Biz çalışırıq ki, bu ilin qalan iki ayı ərzində 16 mərtəbəli binanın təməli qoyulsun", - Səfərli bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna beş milyon manat vəsait ayrılması qeyd olunur.

Fondun icraçı direktoru bildirib ki, binanın tikintisi ilə bağlı daxil olan layihələr üzərində iş gedir.

Səfərlinin sözlərinə görə, evlərin jurnalistlərə verilməsi ilə bağlı kriteriyalar hələ müəyyənləşməyib. "Evlərin tikintisinə başlananda hansı sənədlərin tələb olunması barədə elan verəcəyik və sənədlər Fondda qəbul olunacaq", - Səfərli deyib.

Onun sözlərinə görə, ayrılan ərazi üç bina tikməyə imkan verir və gələcəkdə bu layihə davam etdiriləcək.

Evlərin tikilməsi üçün Bayıl qəsəbəsində 50 sot torpaq sahəsi ayrılıb.

Xəbər lenti

Xəbər lenti