...

İran Prezidenti bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə görüşüb

Cəmiyyət Materials 18 Noyabr 2010 13:19 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad cümə axşamı bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə görüşüb.
İran Prezidenti bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə görüşüb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad cümə axşamı bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə görüşüb. Bu barədə Trend-ə İran hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Allahşükür Paşazadə İran və Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.

Paşazadə bildirib ki, Azərbaycan dindarlarının Sovet İttifaqı dövründə də İrandan olan dini alimlər və müctəhidlərlə əlaqələri var idi.

Paşazadə beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə İrana təşəkkür edib.

"İran və Azərbaycan arasına qardaşlıq əlaqələri Əhmədinejadın Azərbaycana səfəri ilə yeni mərhələyə qədəm qoyub", - Paşazadə deyib.

Əhmədinejad "Təzə Pir" məscidinə və QMİ-yə baş çəkib. İran Prezidenti QMİ-nin kitabxanasında olub və "Quran" əlyazmaları ilə tanış olub.

Mahmud Əhmədinejadın noyabrın 17-dən Azərbaycana səfəri başlayıb. İran Prezidenti bu gün Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti