RED. əlav.: yeni təfərrüatlar əlavə olunub
Gürcüstan, Tbilisi, 6 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Karaqaci kəndində üç nəfərin öldürülməsində şübhəli bilinən İlqar Kərimov Kaxeti Daxili İşlər Baş İdarəsinin əməkdaşları tərəfindən heyvandarlıq fermalarından birində tutulub.
1985-ci il təvəllüdlü Kərimov avtomat silahdan atəş açmaqla, Siqnaxi rayonunun (Şərqi Gürcüstan) Karaqaci kəndində yerləşən yanacaqdoldurma məntəqəsində 1987-ci il təvəllüdlü Murad Şanşiaşvilinin, 1986-cı il təvəllüdlü İlia Papuaşvilinin və 1974-cü il təvəllüdlü Vaja Natroşvilinin qətlində, eləcə də 1984-cü il təvəllüdlü Nikoloz Papaşvilini yaralamaqda təqsirləndirilir. Bu barədə Trend-ə Gürcüstan DİN-dən məlumat verilib.
Əşyayi dəlillər - AKS avtomatı və 16 patron ekspertizaya göndərilib.
İstintaq azadlıqdan məhrumetməni nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır.
Bundan əvvəl Siqnaxi rayonunun (Şərqi Gürcüstan) Karaqaci kəndinin sakinləri üç nəfərin qətlinə görə axtarışda olan İlqar Kərimovu daşqalaq etməyi tələb etmişdilər.