...

Azərbaycanda həbsxanaya soğanın içində narkotik maddə keçirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 13 Dekabr 2010 13:00 (UTC +04:00)
Qəhrəmanov Cinayət Məcəlləsinin 234.2 (satıs məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda həbsxanaya soğanın içində narkotik maddə keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsxanaya soğanın içində narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, həbsxananın əməliyyat aparatları tərəfindən əldə olunmuş məlumat əsasında, həmin müəssisədə cəza çəkən 1965-ci il təvəllüdlü Bəxtiyar İsbəndiyar oğlu Qəhrəmanovun yanına sovqat gətirmiş tanışı, Şirvan şəhər sakini, 34 yaşlı Niyaməddin Həmid oğlu Əlixanovun gətirdiyi ərzaq məhsullarına və əşyalarına baxış keçirilərkən bir ədəd soğanın içərisinə oyularaq yerləşdirilmiş ayrı-ayrılıqda 2 (iki) ədəd sellofana bükülmüş xalis çəkisi 4,980 qram narkotik maddə - heroin tapılaraq götürülüb.

Qəhrəmanov Cinayət Məcəlləsinin 234.2 (satıs məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti